Blizzard, Overwatch 2 üçün “Şərəf və Şöhrət” adlı 15-ci mövsümün rəsmi treylerini təqdim etdi. Yeni mövsüm 18 fevral tarixində oyuna əlavə olunacaq və bir sıra yeniliklərlə gəlir.
15-ci Mövsümdə Nələr Gözlənilir?
Overwatch 2-nin yeni mövsümündə oyunçular bir neçə maraqlı yeniliklə qarşılaşacaq:
Yeni perk sistemi – Oyunda fərqli strategiyaları mümkün edəcək yeni bir mexanika əlavə olunacaq.
Lootbox-ların qayıdışı – Klassik Overwatch-da olduğu kimi, oyunçular yenidən lootbox-lar qazana biləcək.
Overwatch: Classic – GOATS metası – Əfsanəvi GOATS taktikası xüsusi rejimdə geri qayıdır.
Dzenyattanın epik görünüşü – Qəhrəman yeni, unikal və möhtəşəm bir görünüş alır.
Yeni matç şərhçisi – Oyuna yeni səsli şərhçi əlavə olunacaq.
15-ci mövsüm, Overwatch 2-nin dinamikasını dəyişdirəcək bir çox yeniliklərlə oyunçuları sevindirəcək.
Nigar Məmmədova — az-esports.com kibersport xəbər saytının jurnalisti və redaktorudur. Videooyunlar, turnirlər və kibersport sənayesi ilə bağlı xəbərlərə ixtisaslaşıb, həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə. Geymer mədəniyyəti və müasir rəqəmsal trendlərlə maraqlanır. Kibersportun yeni nəsillərin gələcəyi olduğuna inanır.