3
EVO Japan 2025 tədbiri çərçivəsində Capcom və Blizzard arasında yeni əməkdaşlıq elan olunub. Bu əməkdaşlıq nəticəsində Overwatch 2 oyununa Street Fighter 6 temalı skinlər əlavə olunacaq. İki döyüş oyunu nəhəngi arasında baş tutan bu kolaborasiya pərəstişkarlar üçün həm nostalji, həm də yenilik vəd edir.
Hansı qəhrəmanlar hansı skinləri alacaq?
20 may tarixində təqdim olunacaq bu kolaborasiya çərçivəsində aşağıdakı Overwatch 2 personajları məşhur Street Fighter döyüşçülərinin obrazlarını alacaq:
- Hanzo – Ryu
- Kiriko – Juri
- Juno – Chun Li
- Widowmaker – Cammy
- Soldier 76 – Guile
- Sigma – M. Bison
- Winston – Blanka
- Zenyatta – Dhalsim
Hər iki oyunun vizual və döyüş üslubunu bir araya gətirən bu skinlər Overwatch 2 dünyasına Street Fighter atmosferi qatacaq. Blizzard və Capcom-un bu təşəbbüsü həm Overwatch, həm də Street Fighter fanatları üçün maraqlı interaktiv təcrübə yaratmaq məqsədi daşıyır.