4
ABŞ-da keçirilən və ümumi mükafat fondu 1,25 milyon dollar olan BLAST.tv Austin Major 2025 turnirində Counter-Strike 2 üzrə üçüncü mərhələnin başa çatması ilə pley-off iştirakçılarının tam siyahısı formalaşıb. Artıq dörddəbir final cütləri də məlumdur.
Pley-off mərhələsinin cütləri
19 iyun tarixində Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq ilk matçda Team Spirit və MOUZ komandaları üz-üzə gələcək.
Digər qarşılaşmalar isə belədir:
- Natus Vincere vs Team Vitality
- FaZe Clan vs The Mongolz
- FURIA Esports vs paiN Gaming (Braziliya derbisi)
Turnirin finalı 22 iyunda keçiriləcək. Yarış, oyunçular və azarkeşlər üçün ilin ən mühüm kiberidman hadisələrindən birinə çevrilib və pley-off mərhələsi daha da böyük həyəcan vəd edir.