“The MongolZ” kiberidman klubu payız mövsümünə yenilənmiş heyətlə başlaya bilər. Sızan ilkin məlumatlara görə, təşkilat akademiyanın gənc oyunçusu, tezliklə 16 yaşı tamam olacaq Bayarbat “m4k” Tuqs-Erdeneni (Bayarbat “m4k” Tugs-Erdene) əsas komandaya keçirməyi planlaşdırır.
Gözlənilən yeni heyət və ikinci akademiya cəhdi
“The MongolZ”un yeni heyətinin aşağıdakı kimi formalaşacağı gözlənilir:
- bLitz
- Techno
- 910
- cobrazera
- m4k
Xatırladaq ki, təşkilat bir qədər əvvəl “DarkMeister” və “tikuak”ı ehtiyat skamyaya keçirsə də, yekun heyəti hələlik rəsmən təsdiqləməyib.
Bu, “The MongolZ” üçün akademiyadan əsas heyətə oyunçu yüksəltmək istiqamətində ikinci cəhd olacaq. Əvvəllər ehtiyat heyətə keçirilən “tikuak” da məhz akademik heyətdən əsas komandaya yol tapmışdı.