“Sony Interactive Entertainment” “PlayStation 5” üçün məhdud sayda buraxılan “DualSense Lisa Limited Edition” kontrollerini nümayiş etdirib. Cihazın dizaynı daha əvvəl “PS5″in reklam kampaniyasında iştirak etmiş məşhur müğənni LISA ilə birgə hazırlanıb.
Dizayn xüsusiyyətləri və LISA-nın iştirakı
Kontroller “Chroma Pearl” rəng çalarında hazırlanıb. Sensor panelində LISA-nın gözlərinin və xarakterik kəkilinin təsviri yer alıb, korpus isə ulduzlar və “LL” hərfləri ilə bəzədilib. “Sony”nin verdiyi məlumata görə, ifaçı tərtibatın yaradılmasında şəxsən iştirak edib və onun üçün xüsusi məna kəsb edən detalları seçib.
“Oyunlar istirahət etməyə vaxt tapan kimi məşğul olduğum bir hobbimdir, bu səbəbdən “PlayStation” ilə birgə bu kolleksiyanı yaratmaq imkanı mənim üçün çox həyəcanverici idi”, — deyə LISA bildifib.

LISA (Lalisa Manoban) — Cənubi Koreyanın dünyaca məşhur “BLACKPINK” qrupunun üzvü kimi tanınan taylandlı müğənni, reper və rəqqasədir. Qrupdakı fəaliyyəti ilə yanaşı, o, uğurlu solo karyera qurur və qlobal brendlərlə əməkdaşlıq edir.
Qiymət, satış tarixləri və eksklüziv kolleksiya
“DualSense Lisa Limited Edition” üçün öncədən sifarişlər 2 oktyabr 2026-cı il tarixində açılacaq, kontrollerin rəsmi satışı isə 30 oktyabrda başlayacaq. Cihazın təxmini qiyməti 84.99 dollar təşkil edəcək. “Sony” xəbərdarlıq edib ki, cihaz son dərəcə məhdud tirajla satışa çıxarılacaq.
Eyni zamanda “Sony” geniş “Lisa x PlayStation” kolleksiyasını da elan edib. Bura geyim, baş örtükləri, çantalar, breloklar, stikerlər və “DualSense” üçün xüsusi gənc daxildir. Merçin bir hissəsi ABŞ-da 23 oktyabrda, əsas kolleksiya isə 30 oktyabr 2026-cı ildə satışa çıxarılacaq.