Team Vitality BLAST.tv Austin Major 2025 turnirinin qalibi oldu

by Nigar Məmmədova
0 comments

Fransanın tanınmış e-idman komandası Team Vitality “Counter-Strike 2” üzrə BLAST.tv Austin Major 2025 turnirinin finalında TheMongolZ kollektivini məğlub edərək çempionluq titulunu əldə edib.

Sport-az.com-un beynəlxalq mətbuata istinadən verdiyi məlumata görə, gərgin keçən final qarşılaşması üç xəritədə oynanılıb və Vitality 2:1 hesabı ilə qalib gəlib.

Matçın nəticələri belə olub:
– Mirage: 5:13 (TheMongolZ üstün)
– Dust 2: 13:4 (Team Vitality üstün)
– Inferno: 13:6 (Team Vitality üstün)

Bu qələbə ilə Vitality komandası 500 min dollar mükafat və BLAST.tv Major çempionluq kubokunu əldə edib. Fransız təmsilçisi sonuncu dəfə bu titulu BLAST.tv Paris Major 2023 turnirində qazanmışdı.

2025-ci il Team Vitality üçün uğurlu keçməkdə davam edir. Komanda artıq bu turnirləri də qazanıb:

  • IEM Katowice 2025
  • ESL Pro League Season 21
  • BLAST Open Spring 2025
  • IEM Melbourne 2025
  • BLAST Rivals Spring 2025
  • IEM Dallas 2025
    Bundan əlavə, Vitality ESL Grand Slam Season 5 üzrə “qızıl seriya”nı da qazanıb.

Finalda məğlub olan TheMongolZ komandası isə 170 min dollar mükafat əldə edib və turniri ikinci yerdə başa vurub.

TheMongolZ heyəti:

  • Гаридмагнай “blitz” Бямбасурен
  • Содбаяр “Techno4K” Мөнхболд
  • Аюш “mzinho” Батболд
  • Азбаяр “Senzu” Мунхболд
  • Усухбаяр “910” Банзрагч

Team Vitality heyəti:

  • Дан “apEX” Мадесклер
  • Матье “ZywOo” Эрбо
  • Шахар “flameZ” Шушан
  • Уильям “mezii” Мерриман
  • Робин “ropz” Коль

Qeyd edək ki, BLAST.tv Austin Major 2025 turniri ABŞ-ın Austin şəhərində 3–22 iyun tarixlərində keçirilir. Turnir üç mərhələdən – qrup oyunları və pley-offdan ibarətdir. Ümumi mükafat fondu 1.25 milyon ABŞ dollarıdır.

Mükafat fondu BLAST.tv Austin Major 2025

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın