FISSURE Universe: Episode 5 turnirində iştirak edəcək bütün komandalar açıqlandı

by Nigar Məmmədova
0 comments

Dota 2 üzrə keçiriləcək FISSURE Universe: Episode 5 turnirinin təşkilatçıları əsas mərhələdə yarışacaq bütün iştirakçıların siyahısını açıqlayıb. Onların sırasında Aleksey “Solo” Berezinin yeni komandası Team Yandex də var.

Turnirin formatı və tarixləri

Turnirə ümumilikdə 10 komanda qatılacaq. Onlar iki qrupa bölünəcək və best-of-2 formatında dövrü oyunlar keçirəcəklər.

Qrup qalibləri pley-offun yuxarı setkası, ikinci və üçüncü yerləri tutan komandalar isə aşağı setka mərhələsinə yüksələcək. Qalan komandalar yarışla vidalaşacaq.

Turnir 1-4 iyul tarixlərində onlayn formatda baş tutacaq. Ümumi mükafat fondu 250 min ABŞ dolları təşkil edir. Yarışda 8 dəvət olunmuş komanda və Play-In mərhələsinin 2 qalibi mübarizə aparacaq.

İştirakçı komandalar:

  • PARIVISION
  • Nigma Galaxy
  • Gaimin Gladiators
  • Team Tidebound
  • Aurora Gaming
  • Team Liquid
  • Heroic
  • Team Yandex
  • Shopify Rebellion (Play-In qalibi)
  • AVULUS (Play-In qalibi)

Bu turnir yay aylarında keçiriləcək ən maraqlı Dota 2 tədbirlərindən biri kimi gözlənilir və bir çox pərəstişkar üçün Team Yandex-in debütü xüsusi maraq doğurur.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın