Yekunlaşan BLAST.tv Austin Major 2025 yalnız Team Vitality-nin növbəti qələbəsi ilə deyil, həm də mühüm tarixi hadisə ilə yadda qaldı – The MongolZ, meycor turnirin finalına yüksələn ilk Asiya komandası oldu! 1xBet Azərbaycan-ın kiberidman üzrə ekspertləri bu nailiyyət haqqında ətraflı danışmağa qərar verdilər.
Meycorların statistikası
Hadisənin əhəmiyyətini qiymətləndirmək üçün bir qədər maraqlı statistika təqdim edək. Valve, Counter-Strike komandalarını üç bölgəyə ayırır: Europe (Avropa və MDB ölkələri), Americas (Şimali və Cənubi Amerika), Asia-Pacific (Asiya, Okeaniya və Yaxın Şərq).
2013-cü ildən etibarən təşkilatçılar ümumilikdə 22 meycor turniri keçiriblər – onlardan 19-u CS:GO versiyası üzrə, 3-ü isə CS2 üzrə olub. Bu turnirlərdən 16-sını Avropa komandaları, 6-sını isə Şimali və Cənubi Amerika təmsilçiləri qazanıb. Ən çox meycor titulu olan komandalar da Avropadandır: Astralis(4 titul),Fnatic(3 titul), NAVI və Vitality (hərəsi 2 titul).
Kiberidman üzrə bilicilər qeyd edə bilər ki, Gambit Esports 2017-ci ildə PGL Major Krakow turnirində qalib gəlib, AVANGAR isə 2019-cu ildə StarLadder Berlin Major finalına yüksəlib. Lakin bu Qazaxıstan klubları Avropa regionuna daxil olan CIS subregionunda çıxış edirdilər və onları Asiya təmsilçiləri hesab etmək qəbul olunmur. Buna görə də bu regiondan olan komandalar meycor turnirlərində nə qələbə, nə də finalla öyünə bilirdi – ta ki BLAST.tv Austin Major 2025-dək, çünki həmin vaxta qədər heç bir Asiya komandası finala belə çıxmamışdı.
The MongolZ ilk böyük final yolunda
Komandanın hazırkı heyəti 2023-cü ilin aprelində formalaşıb. Həmin vaxt monqol təşkilatı IHC Esports, beynəlxalq brend 1xBet-in dəstəyi ilə, əfsanəvi yerli ad olan The MongolZ-u yenidən canlandırmağa qərar verdi.
İlk mövsüm optimal heyətin formalaşdırılmasına sərf olundu və bu heyət sentyabrda müəyyənləşdirildi: kapitan Garidmagnai “bLitz” Byambasuren, snayper Usukhbayar “910” Banzragch və riflerlər Sodbayar “Techno4K” Munkhbold, Ayush “mzinho” Batbold və Azbayar “Senzu” Munkhbold. Diqqətçəkən məqam odur ki, komandaya qoşulan zaman “Senzu” cəmi 17 yaşında idi, “mzinho” isə sadəcə 16 yaşındaydı!
Öz ilk tam mövsümündə The MongolZ bir neçə böyük turnirin qalibi oldu: YaLLa Compass 2024 və Thunderpick World Championship 2024-də qələbə qazandılar, Skyesports Championship 2024-də isə gümüş medal əldə etdilər. Artıq payıza qədər komanda $1,000,000 mükafat qazandı və bu göstəricidə yalnız NAVI, Spirit və G2 komandasına uduzdu.
Lakin meycor turnirlərinin nüfuzu digər yarışlardakı mükafat məbləğlərindən daha yüksək qiymətləndirilir, buna görə də The MongolZ ilk gündən məhz bu turnirlərə fokuslandı. Bəs komandanın meycorlardaku nəticələri necə görünür?
- BLAST.tv Paris Major 2023:
- Asia-Pacific RMR-də 2-ci yer;
- Challengers Stage mərhələsində mübarizədən kənar qaldılar (1-3 nəticə);
- 20–22-ci yer;
- $10,000 mükafat.
- PGL Major Copenhagen 2024:
- Asia-Pacific RMR-də 1-ci yer;
- Opening Stage mərhələsini keçdilər (3-2), Elimination Stage-dən mübarizəsiz çıxdılar (0-3);
- 15–16-cı yer;
- $20,000 mükafat
- Perfect World Shanghai Major 2024:
- Asia-Pacific RMR-də 1–2-ci yer;
- Opening Stage-i keçdilər (3-0), Elimination Stage-i də keçdilər (3-0), ilk dəfə pley-offa çıxdılar, 1/4 finalda mübarizəni dayandırdılar;
- 5–8-ci yer;
- $45,000 mükafat.
- BLAST.tv Austin Major 2025:
- VRS Asia reytinqinə əsasən birbaşa dəvət;
- Stage 3 mərhələsini keçdilər (3-2) və pley-offa çıxdılar, 1/4 finalda FaZe Clan-ı, yarımfinalda paiN Gaming-i məğlub etdilər, ilk dəfə böyük finala yüksəldilər, orada Vitality-yə uduzdular;
- 2-ci yer;
- $170,000 mükafat.
Gördüyümüz kimi, son dörd meycor turnirdə The MongolZ nəticələrini davamlı olaraq yaxşılaşdırıb – getdikcə daha yüksək yerlər tutub və daha böyük mükafatlar qazanıb. Əgər bu yüksəliş davam edərsə, monqol komandası növbəti StarLadder Budapest Major 2025 turnirini mütləq qazanacaq!