Valve, Counter-Strike 2 oyununun rəsmi X (Twitter) səhifəsində Premier rejiminin ikinci mövsümünün başa çatdığını və oyunçular üçün müvəqqəti olaraq deaktiv edildiyini elan edib.
“İkinci mövsüm başa çatdı və oyundan müvəqqəti olaraq çıxarılıb. Bir qədər dincəlin — və tezliklə üçüncü mövsümdə görüşənədək”, – deyə mesajda qeyd olunur.
Bu rejim 2025-ci ilin yanvar ayının sonunda istifadəyə verilmişdi və onun iyun ayında baş tutan BLAST.tv Austin Major 2025 turnirindən sonra bağlanacağı öncədən planlaşdırılmışdı.
Valve nümayəndələri artıq üçüncü mövsümün tezliklə başlayacağını bildiriblər, lakin dəqiq tarix hələ açıqlanmayıb.