Valve şirkəti Counter-Strike 2 üçün növbəti irimiqyaslı yeniləməni təqdim edib. Bu barədə məlumat oyunun Steam səhifəsində yer alıb. Yeniləmə bir sıra texniki və vizual dəyişikliklərlə yadda qalıb.
Əsas yenilik: AnimGraph2 sisteminə keçid
Yeni sistem bütün birinci şəxs animasiyalarını əhatə edir — bu, həm silahların hərəkətinə, həm də… toyuqların qaçışına təsir edib.
Əlavə olaraq:
- Hərəkət zamanı zərər hesablama mexanikası yaxşılaşdırılıb
- Pompalı silahların təkrar doldurma prosesi yenidən işlənib
- Səs sistemi təkmilləşdirilib — artıq sörf zamanı yeni səs effektləri var, oyunçuların səs səviyyəsini ayrıca tənzimləmək imkanı genişlənib
Xəritə dəyişiklikləri
Overpass
- B nöqtəsində sındırıla bilən şüşə əlavə olunub
- Obyektlərin yerləşimi dəyişdirilib
Train
- A və B nöqtələrinə yeni sipərlər əlavə olunub
- İşıqlandırma təkmilləşdirilib
Inferno
- Kilsə pəncərələri açılıb
- Keçidlərin ölçüsü dəyişdirilib
Əlavə qeyd: Cəmi iki həftə öncə çıxan əvvəlki yeniləmə Premier rejiminin 3-cü mövsümünü işə salmış və oğurlanmış əşyaların geri qaytarılması funksiyasını əlavə etmişdi.