Ər-Riyadda 1,25 milyon dollarlıq mükafat fondu olan kibersport turniri start götürür

by Nigar Məmmədova
0 comments

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 20–24 avqust tarixlərində Esports World Cup 2025 üzrə Counter-Strike 2 turniri keçiriləcək. Turnirdə Team Spirit, Natus Vincere, Virtus.pro və Team Falcons kimi aparıcı kollektivlər mübarizə aparacaq.

Turnir single-elimination formatında, iki qələbəyə qədər davam edən qarşılaşmalarla baş tutacaq. Ümumilikdə 16 komanda 1,25 milyon dollarlıq mükafat fondu uğrunda yarışacaq. Bundan əlavə, təşkilatçılar üçüncü yer uğrunda matçın da keçiriləcəyini təsdiqləyiblər.

Mükafat fondu bölgüsü:

  • 1-ci yer: $500 min və 1000 EWC 2025 xalı
  • 2-ci yer: $230 min və 750 xal
  • 3-cü yer: $130 min və 500 xal
  • 4-cü yer: $70 min və 300 xal
  • 5–8-ci yerlər: hərəyə $40 min və 200 xal
  • 9–16-cı yerlər: hərəyə $20 min

İlk oyunlar 20 avqust, saat 14:00-da, final isə 24 avqust, saat 19:15-də baş tutacaq. Azarkeşlər turniri Twitch platformasında rəsmi rus və ingilis dillərində yayımlar vasitəsilə izləyə biləcəklər.

Bunlar da xoşunuza gələ bilər