Natus Vincere komandası Esports World Cup 2025-in CS2 üzrə pley-off mərhələsində Team 3DMAX-ə məğlub olaraq mübarizəni dayandırıb. Qarşılaşma 1:2 hesabı ilə rəqibin xeyrinə yekunlaşıb.
Xülasə nəticələr:
- Ancient: 13:10 – NAVI qalib
- Inferno: 9:13 – 3DMAX qalib
- Nuke: 11:13 – 3DMAX qalib
Aleksey “Aleksib” Virolaynenin rəhbərliyi altındakı kollektiv turniri 9–16-cı yerlərdə başa vurub və 20 min dollar mükafat qazanıb.
Esports World Cup 2025 hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilir. Yarışda 16 komanda 1,25 milyon dollarlıq mükafat fondu uğrunda mübarizə aparır.