Dota 2 dünyasında ilin əsas tədbirinin başlanmasına sayılı günlər qalıb. Startdan əvvəl Valve nəhayət son və ən vacib addımı atdı – kompendiumu elan etdi. İlk dəfə olaraq kompendiumun əsas funksiyaları, o cümlədən qalib proqnozları tamamilə pulsuz oldu! Bu MelBet baxışda biz sənə The International 2025 top-turniri haqqında ən maraqlı məqamları danışacağıq.
Hazırlıq
Valve şirkəti ənənəvi olaraq The International seriyasına aid turnirlərlə bağlı əsas anonslarını vaxt ərzində mərhələli şəkildə açıqlayır:
- 22 yanvar – keçiriləcəyi yer və tarixlərin anonsu;
- 1 aprel – turnirin cədvəli və formatının təqdimatı;
- 15 may – ən güclü 8 komandaya birbaşa dəvətlərin göndərilməsi (Team Liquid, PARIVISION, BetBoom Team, Team Tidebound, Gaimin Gladiators, Team Spirit, Team Falcons, Tundra Esports);
- 4–17 iyun – qapalı seçmə mərhələləri və daha 8 iştirakçının müəyyənləşdirilməsi (NAVI, Nigma Galaxy, Aurora Gaming, Team Nemesis, BOOM Esports, Xtreme Gaming, Wildcard, HEROIC);
- 20 avqust – kompediumun anonsu.
Turnirin qrup mərhələsi The Road to The International 4–7 sentyabr tarixlərində onlayn keçiriləcək, pley-off isə 11–14 sentyabr tarixlərində Hamburqdakı Barclays Arenada baş tutacaq.
The International 2025 üçün Kompendium
Kompendiumun Dota 2 ekosistemi üçün əhəmiyyətini qiymətləndirmək mümkün deyil – fanatlar turnirin xatirəsi kimi unikal kosmetik əşyalar, proqnozlara görə mükafatlar və digər hədiyyələr əldə edirlər, oyunçular isə artırılmış mükafat fonduna sahib olurlar.
Valve The International mükafat fonduna Battle Pass və Compendium satışlarından əldə olunan vəsaitin bir hissəsini (adətən 25%) köçürür.Məsələn, ötən il standart ($7,49) və təkmilləşdirilmiş ($29,99) kompendium satışlarından şirkət The International 2024 mükafat fonduna $1,176 milyon ayırdı. Sabit mükafat fondu hissəsi $1,6 milyon təşkil etdiyindən, ümumi məbləğ $2,776 milyon oldu.
Bu il kompеndium pulsuzdur, amma azarkeşlər komandaların və studiyaların dəstək paketlərini ala bilərlər. Kontent yaradıcıları öz paketlərinin satışından 50% gəlir əldə edəcəklər, əlavə olaraq satışların 30%-i The International 2025 mükafat fonduna yönəldiləcək. Anonsdan sonrakı ilk üç gündə $300 mindən çox toplandı, yekun mükafat məbləği isə turnir başlamazdan əvvəl açıqlanacaq.
The International 2025 favoritləri
MelBet-in kiberidman üzrə ekspertlərinin fikrincə, turnirdə qalib gəlmək üçün ən yüksək şansa malik üç komanda var.
1.Team Spirit – turnirin favoritləri bu mövsümdə DreamLeague Season 25 və Esports World Cup 2025-də qalib gəliblər. Komandanın heyətində ikiqat The International çempionları – Yatoro, Collapse və Miposhka çıxış edir və onlar artıq üçüncü dəfə Aegis of Champions kubokunu başları üzərində qaldırmaq istəyirlər.
2.PARIVISION – ESL Pro Tour Season 3-ün liderləri bütün mövsüm ərzində sabit və inamlı oyun nümayiş etdiriblər. Bu il onlar artıq ESL One Raleigh 2025 finalında Team Spirit-i məğlub ediblər, buna görə də bu nailiyyəti TI 2025-də təkrarlamaları tamamilə mümkündür.
3.Team Liquid – ötən il komanda əsas favoritlərin ilk üçlüyünə daxil deyildi, lakin pley-off mərhələsində bütün dörd oyunu quru hesabla qazanaraq bir çoxları üçün gözlənilmədən The International 2024 titulunu əldə etdi. Bu il isə Liquid yenidən qara atlar nüfuzunu təsdiqləyə bilər.
Turnirdə sürpriz göstərə biləcək komandalar arasında BetBoom, Falcons, Gaimin Gladiators və Thundra-nı qeyd etmək olar. Turnir başlamazdan əvvəl maksimal əmsalla komandaya mərc etməklə ciddi qazanc əldə edə bilərsən. Amma əgər mərc uğursuz olsa, MelBet şikayet etməyə dəyməz – çünki kiberidman maksimal dərəcədə gözlənilməzdir!