Qeyb Nyuvell Dota 2 fanatlarına səmimi müraciət etdi

by Nigar Məmmədova
0 comments

Valve şirkətinin qurucusu və rəhbəri Qeyb Nyuvell Dota 2 üzrə The International 2025 pley-off mərhələsinin başlanğıcında azarkeşlərə xüsusi çıxış edib.

Nyuvell çıxışında 14 il əvvəl Almaniyanın Köln şəhərində keçirilmiş ilk The International turnirini xatırladıb. O, həmin yarışı oyunçuların bacarıqları və fanatların coşğusu ilə unudulmaz adlandırıb.

“Salam, mən Qeyb Nyuvelləm. 14 il əvvəl biz ilk The International-ı Köln şəhərində keçirdik. Mənim üçün bu, möhtəşəm idi – oyunçuların bacarıqlarını və komyunitinin həvəsini görmək inanılmaz bir hiss idi,” – deyə o bildirib.

Şəxsi etiraf

Valve rəhbəri etiraf edib ki, mənfi rəylərə baxmayaraq hər gün Dota 2 oynamağa davam edir. Onu bu illər ərzində ən çox ilhamlandıran isə oyun cəmiyyətinin ehtirası olub.

Turnir haqqında

The International 2025 hazırda Almaniyada keçirilir. Mükafat fondu 2,5 milyon ABŞ dollarından başlayır və iştirakçıların, həmçinin şərhçilərin hazırladığı xüsusi oyun içi əşyaların satışları hesabına artır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın