frozen NAVI-yə transfer ola bilər – FaZe Clan-da dəyişikliklər gözlənilir

by Nigar Məmmədova
0 comments

FaZe Clan komandasının rifleri, slovak oyunçu David “frozen” Čerňanský yaxın zamanda Natus Vincere (NAVI) sıralarına qoşula bilər. Bu barədə tanınmış insayder Sebastien “krL” Perez məlumat verib.

Şayiələrin əsası

Perez bildirib ki, “bir rus insayderi mənə şəxsi mesajında frozen ilə NAVI arasında danışıqların olduğunu yazıb”. Rəsmi açıqlama hələlik verilməsə də, diqqətçəkən məqam NAVI baş məşqçisi Andrey “B1ad3” Gorodenskiynin sosial şəbəkələrdə frozen-i izləməyə başlaması olub.

FaZe Clan-dakı vəziyyət

Komandada durum daha da gərginləşib, çünki yaxın günlərdə Russel “Twistzz” Van Dalken əsas heyətə qayıdıb. Onun gəlişi fonunda kimin heyətdən ayrılacağı hələlik bəlli deyil.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın