10
PUBG: BATTLEGROUNDS-un inkişaf etdiriciləri PUBG Global Championship 2025 barədə yeni məlumatları açıqlayıb. Turnirin detalları “battle royale” oyununun rəsmi saytında paylaşılıb.
Əsas məlumatlar
- Tarixlər: 28 noyabr – 14 dekabr 2025
- Məkan: CentralWorld PULSE və Siam Paragon arenaları, Banqkok, Tailand
- Start mükafat fondu: 1,5 milyon dollar (fond Pick’em Challenge vasitəsilə artırılacaq)
Turnirin formatı
- Yarış qruplar mərhələsi ilə başlayacaq – burada 32 komanda iki qrupa bölünəcək.
- Hər qrupdan 5 ən güclü komanda birbaşa qrand-finala yüksələcək.
- Hər qrupun 3 ən zəif iştirakçısı turniri tərk edəcək.
- Qalan 16 komanda isə Last Stage-də mübarizə aparacaq, burada yalnız 5 yer qrand-final üçün veriləcək.
PGC 2025 bu il e-idman təqviminin ən böyük PUBG turnirlərindən biri olacaq və Banqkok bir neçə həftə ərzində dünya səviyyəli rəqabətin mərkəzinə çevriləcək.