StarLadder Budapest Major 2025 üzrə kiberidman turnirinə ön baxış: CS2 üzrə ikinci meycoru kim qazanacaq?

by Nigar Məmmədova
0 comments

Team Vitality 2025-ci ilin ilk yarısını o qədər güclü keçirdi ki, mövsümün ilk meycoru – BLAST.tv Austin Major 2025-in qalibi ilə bağlı sual demək olar ki, yox idi. Hamı fransızların qələbəsinə əmin idi və Vitality gözləntiləri tam doğrultdu. Lakin bundan sonra «Arılar» əvvəlki inamını itirdi və StarLadder Budapest Major 2025 tituluna iddiaçıların siyahısı nəzərə çarpacaq dərəcədə genişləndi. Bu MelBet baxışda biz turnirin əsas favorirlərini təhlil edəcək və 2025-ci ilin ikinci meycorunda qazanma potensialı olan autsayderləri qeyd edəcəyik

Turnirin formatı

StarLadder Budapest Major 2025, 24 noyabr – 14 dekabr 2025 tarixlərində Macarıstanda keçiriləcək. Təşkilatçılar üç qrup mərhələsi (isveç sistemi üzrə) və bir final mərhələsi (olimpiya sistemi üzrə) nəzərdə tutublar:

  • Stage 1 (24–27 noyabr) – 16 komanda Stage 2-yə vəsiqə verəcək 8 yer uğrunda mübarizə aparacaq.
  • Stage 2 (29 noyabr – 2 dekabr) – Stage 2 Invites çərçivəsində dəvət alan 8 komanda və Stage 1-in ən yaxşı 8 komandası növbəti mərhələyə (Stage 3) düşmək üçün yarışacaq.
  • Stage 3 (4–7 dekabr) – Stage 3 Invites üzrə dəvət alan 8 komanda və Stage 2-nin ən yaxşı 8 komandası pley-offa çıxacaq 8 yer uğrunda oynayacaq.
  • Playoffs (11–14 dekabr) – Stage 3-dən keçən 8 komanda CS2 üzrə dünya çempionu titulunu qazanmaq üçün mübarizə aparacaq.

StarLadder Budapest Major 2025-in mükafat fondu $1,250,000 olacaq və bu məbləğin $500,000 turnirin qalibi əldə edəcək. Lakin daha vacib olan – məhz meycor çempionu tituludur. Counter-Strike 2 çıxandan bəri heç bir komanda bu titulu iki dəfə qazana bilməyib.PGL Major Copenhagen 2024-ü NAVI, Perfect World Shanghai Major 2024-ü Spirit, BLAST.tv Austin Major 2025-i isə Vitality qazandı.

Qələbəyə əsas namizədlər

Meycorda «qızıl» qazanmaq üçün ən yüksək şansa malik komandalar üçüncü qrup mərhələsinə dəvət alanlardır: FURIA, Vitality, Falcons, The MongolZ, MOUZ, Spirit, G2 və paiN Gaming. Lakin real həyatda hər şey bu qədər sadə deyil – StarLadder Budapest Major 2025-i əvvəlki mərhələlərdən gələn anderdoglar da rahatlıqla uda bilər. 

Əvvəlcə açıq şəkildə TOP-3 favoriti ayıraq.

Vitality

Artıq qeyd etdiyimiz kimi, fransızların 2025-ci ilin ikinci yarısındakı nəticələri ilin ilk yarısındakı göstəricilərdən kəskin şəkildə fərqlənir. ropz transferindən sonra «Arılar» iştirak etdikləri bütün altı turniri qazandılar, ESL Grand Slam Season 5 titulunu əldə etdilər və BLAST.tv Austin Major 2025-də qazanılmış meycorla top-komanda statusunu təsdiqlədilər. Lakin yay fasiləsindən sonra sanki komanda dəyişdi – yalnız ESL Pro League Season 22-də qalib gəldilər, BLAST Open Fall 2025 və IEM Chengdu 2025 turnirlərində isə qrand-finalda uduzdular.Buna baxmayaraq, Vitality-nin son aylardakı qeyri-stabil oyununa rəğmən, hazırkı çempionlar hələ də meycorun əsas favoritləri olaraq qalırlar.

FURIA

Braziliya komandası hamı üçün gözlənilməz şəkildə yay fasiləsindən sonra partladı – FISSURE Playground #2, Thunderpick World Championship 2025 və IEM Chengdu 2025 turnirlərinin qalibi oldu. Üstəlik, FURIA bu turnirlərin qrand-finallarında sıradan komandaları deyil, elitanı məğlub etdi – müvafiq olaraq The MongolZ, NAVI və Vitality. Hazırda FURIA Valve-in qlobal reytinqində birinci yerdədir. Bu uğurlara görə təşəkkür etməli olduğumuz iki əsas oyunçu var: təcrübəli latviyalı rifler YEKINDAR və gənc qazax snayperi molodoy – braziliyalılar onları yazda transfer etmişdi. Komandanın 34 yaşlı kapitanı FalleN-in aktivində 2016-cı ildə qazandığı iki meycor var – deməli, FURIA-nı ilk dünya çempionluğu tituluna aparmaq onun gücündədir.

The MongolZ

Bu gənc komanda BLAST.tv Austin Major 2025-də gümüş medal qazandı, böyük beynəlxalq turnir olan Esports World Cup 2025-in qalibi oldu və Monqolustan komandaları tarixində ilk dəfə Valve-in qlobal reytinqində birinci yerə yüksəldi. Mövsümün ikinci hissəsində The MongolZ bir qədər temp itirdi və meycora əsas heyət oyunçusu Senzu əvəzinə stend-in controlez qatılacaq. Bununla belə, MelBet-in kiberidman analitiklərinə görə, məhz bu komanda favoritlərin top-3-lüyünü tamamlayır

Anderdoglar arasında qalibiyyət üçün ən real şans Falcons, MOUZ, Spirit və NAVI-yə məxsusdur. İlk iki komandanın uğur üçün hər cür potensialı var, lakin «qalib genləri» hələ ki yoxdur — 2025-ci ildə onların aktivində cəmi bir qələbə və dörd final məğlubiyyəti var. Spirit-də yeni oyunçular — zweih və tN1R — hələlik gənc ulduz donk-un statistikasını korlayırlar. NAVI-də isə akademiya komandası keçmiş oyunçusu makazze jL-i tam əvəz edə bilmədi və snayper w0nderful hər zaman b1t səviyyəsinə çata bilmir. Amma bu komandaların hər hansı biri turnir cədvəlində şanslı olsa və qrand-finala çıxsa, turnirin üç favoritindən birini məğlub etmək tamamilə mümkündür.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın