Turnir operatoru ESL, Counter-Strike 2 üzrə ESL Pro League yarışının formatında dəyişikliklər etdiyini açıqlayıb. Yenilənmiş sistem 24-cü mövsümdən etibarən qüvvəyə minəcək.
Bundan sonra liqada əvvəlki kimi 24 yox, cəmi 16 komanda çıxış edəcək.
- 12 komanda birbaşa dəvəti Valve reytinqindəki ən yüksək mövqelərinə görə alacaq;
- daha 4 iştirakçı isə ESL Challenger League turnirlərinin qalibləri olacaq.
Əvvəlki mövsümdə ilk iki mərhələ onlayn, pley-off isə LAN formatında oynanırdı. S24-dən başlayaraq liqanın bütün matçları LAN şəraitində keçiriləcək.
Turnir yenə Swiss sistemi ilə start götürəcək:
- 16 komanda, bütün qarşılaşmalar BO3 (best-of-three) formatında;
- 8 ən yaxşı kollektiv pley-off mərhələsinə yüksələcək;
- pley-off single elimination (uduzan dərhal çıxır) sistemi ilə oynanacaq, burada da matçlar BO3,
- grand final isə BO5 olacaq.
Formatın sıxlaşdırılması sayəsində yarışın ümumi müddəti də azaldılacaq — turnir artıq üç yox, iki həftə davam edəcək. Bununla belə, ümumi mükafat fondu əvvəlki kimi 1 milyon ABŞ dolları olaraq qalır.
ESL Pro League Season 24 turniri Polşanın Katovitse şəhərində baş tutacaq.