İndoneziyalı kiberidman təşkilatı BOOM Esports Dota 2 heyətini buraxdığını və intizamı tərk etdiyini açıqlayıb. Bu barədə məlumat klubun sosial şəbəkə hesablarında paylaşılıb.
Təşkilatın niyə bu intizamdan getməyə qərar verdiyi məlum deyil.
BOOM Esports 2017-ci ildən Dota 2-də təmsil olunurdu. Bu müddət ərzində təşkilat təxminən 1,6 milyon dollar mükafat qazanıb, ən yaxşı nəticəsi isə GAMERS GALAXY: Invitational Series Dubai 2022 turnirində qələbə olub.