Riot Games “LEC Versus” Formatını Təqdim Etdi

by Nigar Məmmədova
0 comments

Riot Games 2026-cı ildə Avropada keçiriləcək ilk böyük League of Legends turniri olan LEC Versus-un formatını açıqladı. Çempionatda LEC-in on tərəfdaş komandası ilə yanaşı, iki dəvət olunmuş kollektiv də mübarizə aparacaq.

Tier-2 səhnəsində göstərdikləri yüksək nəticələrə görə Los Ratones komandası turnirə dəvət alıb. Digər qonaq komanda isə EMEA Masters Summer 2025-in qalibi olan Karmine Corp akademiyası olacaq.

LEC Versus

Turnirin Strukturu və Cədvəli

  • LEC Versus 2026 hər bir komandanın bir-biri ilə qarşılaşdığı qrup mərhələsi ilə başlayacaq.
  • İlkin mərhələnin bütün matçları Bo1 (bir qələbəyə qədər) formatında keçiriləcək.
  • Qrup mərhələsindən sonra ən yaxşı səkkiz kollektiv pley-off mərhələsinə vəsiqə qazanacaq.
  • Pley-offun ilk raundu Bo3, növbəti bütün oyunlar isə Bo5 formatında baş tutacaq.
  • Turnirin ilk həftəsində NAVI; Heretics, Vitality və Fnatic komandaları ilə üz-üzə gələcək.

LEC Versus 17 yanvar – 1 mart tarixləri arasında Almaniyanın Berlin şəhərindəki Riot Games Arena-da keçiriləcək. Turnirin qalibi First Stand yarışında iştirak hüququ əldə edəcək.

LEC Versus

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın