Team Yandex Spirit-ə qalib gələrək DreamLeague Season 27-nin çempionu oldu

by Nigar Məmmədova
0 comments

Team Yandex, Dota 2 üzrə keçirilən DreamLeague Season 27 turnirinin finalında Team Spirit komandasını məğlub etdi. Qarşılaşma xəritələrdə 3:1 hesabı ilə Team Yandex-in xeyrinə başa çatdı.

Team Yandex DreamLeague Season 27-nin çempionu olaraq həm titula, həm də mükafat fondundan 200 min dollar məbləğində vəsaitə sahib çıxdı. Team Spirit isə azarkeşlərin və proqnozçuların böyük gözləntilərinə baxmayaraq, ikinci yeri tutaraq 125 min dollar qazandı.

DreamLeague Season 27 Pley-off mərhələsi

Team Yandex heyəti:

  • Alimjan Watson Islambekov;
  • Ilya Chira JUNIOR Khirtsov;
  • Evgeniy Noticed Ignatenko;
  • Martin Saksa Sazdov;
  • Arman Malady Orazbayev.

Team Spirit heyəti:

  • Illya Yatoro Mulyarchuk;
  • Denis Larl Sigitov;
  • Magomed Collapse Khalilov;
  • Aleksandr rue Filin;
  • Nikita Panto Balaganin.

DreamLeague Season 27 turniri 10-21 dekabr 2025-ci il tarixlərində Avropa serverlərində onlayn formatda keçirilib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın