“Apple” “iPhone” üçün öz oyun kontrollerləri üzərində işləyir

0 comments

“Apple” şirkəti mobil qeyminq üçün yeni aksesuar — “iPhone” üçün məxsusi oyun kontrollerləri hazırlayır. “Bloomberg” və jurnalist Mark Qurmanın verdiyi məlumata görə, şirkət bir ildən çoxdur ki, bu cihazlar üzərində çalışır və onların “Beats” brendi altında satılması planlaşdırılır.

Sızan kodlar və kontrollerlərin texniki xüsusiyyətləri

Cihazların mövcudluğuna dair ilk sübutlar sentyabrın əvvəlində üzə çıxıb. “macOS 26.7″nin beta versiyasının kodunda “T6502” və “T1057” kod adlı iki buraxılmamış cihaz barədə məlumatlar tapılıb.

Kontrollerlər müasir geympadların standart elementlər dəstinə malikdir:

  • İki analoq stik (sticks)
  • D-pad
  • Bamperlər və triqqerlər (shoulder buttons & triggers)
  • “Home” və “Menu” düymələri

Modellərdən biri həmçinin akselerometr və giroskop funksiyasını da dəstəkləyir.

“Beats” brendi və mobil qeyminq strategiyası

Mark Qurmanın sözlərinə görə, bu cihazlar üçün əsas platforma məhz “iPhone” olacaq. “Apple” mobil qeyminqə sürətlə böyüyən bir bazar kimi baxır və bu sahədəki mövqeyini gücləndirmək niyyətindədir. Dəqiq xüsusiyyətlər, dizayn, qiymət və çıxış tarixi hələlik rəsmən açıqlanmayıb.

“Apple”ın cihazları 2014-cü ildə əldə etdiyi “Beats” brendi altında təqdim etməsi ehtimalı xüsusilə diqqət çəkir. Son illərdə “Beats” məhsul çeşidini audio-cihazlardan kənara çıxararaq genişləndirir və geympad bu brend üçün yeni bir istiqamətə çevrilə bilər. Hələlik rəsmi təsdiq olmasa da, bu addım “iPhone”un tamdəyərli oyun platformasına çevrilməsi istiqamətində növbəti strateji gedişdir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın