“VALORANT Champions” turnirində rəqibləri ələ salmaq rəsmən qadağan edildi

0 comments

VALORANT Champions 2026″ turnirinin qaydalar kitabına oyunçuların rəqibləri təhqir etməsini, xüsusən də məğlub edilmiş rəqiblərin cəsədlərinə atəş açmağı və onların üzərində çömbəlməyi (teabagging) qadağan edən xüsusi bənd əlavə olunub.

Rəsmi sənəddə matçlar zamanı digər etikaya zidd hərəkətlər də qadağan edilir və bu cür hallara görə intizam sanksiyaları nəzərdə tutulur.

Qaydaların sərtləşdirilməsi və keçmiş xəbərdarlıqlar

Anoloji məhdudiyyətlər əvvəllər də şifahi şəkildə mövcud idi. Hələ 2021-ci ildə VCT iştirakçılarından cəsədlərə atəş açmamaq və teabagging etməmək xahiş olunmuşdu. 2023-cü ildə isə “Riot Games” bu cür davranışa görə “Paper Rex” komandasına rəsmi xəbərdarlıq etmişdi.

Lakin bu qadağa ilk dəfədir ki, birbaşa “Champions 2026″nın rəsmi qaydalar məcəlləsində maddə şəklində öz əksini tapır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın