“Blizzard” yeni “StarCraft” oyununu anons etdi: Bu, açıq dünyalı şuter olacaq

0 comments

Blizzard Entertainment” şirkəti “BlizzCon 2026” sərgisi zamanı “StarCraft” kainatında keçəcək yeni oyunu rəsmən təqdim edib. Layihə açıq dünyalı şuter (open-world shooter) janrında hazırlanır və 2030-cu ildə işıq üzü görməlidir. Bu anons seriyanın ənənəvi RTS (real vaxt strategiyası) mexanikasından kəskin şəkildə uzaqlaşma deməkdir.

Tərtibat prosesinə “Far Cry 3–6” oyunları üzərində işləmiş “Ubisoft Montreal”ın keçmiş rəhbəri Den Hey (Dan Hay) başçılıq edir. O bildirib ki, vaxtilə “Blizzard” onu işə götürməkdən imtina etsə də, təxminən 20 il sonra şirkət özü “StarCraft”ı qaytaracaq komandaya rəhbərlik etməyi ona təklif edib.

Məlum olan təfərrüatlar və franşizanın tarixi

Hələlik “Blizzard” geympleyi nümayiş etdirməyib və oyunun rəsmi adını belə elan etməyib. Layihənin hansı platformalarda çıxacağı, baş qəhrəmanın kimliyi və ya multipleyer rejiminin olub-olmayacağı da naməlumdur.

Bu, “Blizzard”ın “StarCraft” kainatında şuter yaratmaq üçün sayca 3-cü cəhdidir. Əvvəllər studiya “StarCraft: Ghost” layihəsini ləğv etmiş, 2019-cu ildə isə “Battlefield” analoqu kimi təsvir edilən “Ares” kod adlı layihə üzərində işləri dayandırmışdı. Den Heyin layihəsi barədə ilk şayiələr hələ 2024-cü ildə yaranmışdı, lakin “Blizzard” onun mövcudluğunu yalnız indi rəsmən təsdiqlədi.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın