“Counter-Strike 2” üçün oyun daxili texniki məqamların həllinə yönəlmiş kiçik bir yenilənmə yayımlandı. Valve bu dəfə yeni məzmun təqdim etməsə də, oyunçuların dar səthlərdəki hərəkət mexanikasını təkmilləşdirib, silah animasiyalarını yeniləyib və personajların vizual görünüşündəki bəzi xətaları aradan qaldırıb. Həmçinin, əşya mübadiləsi ilə məşğul olan istifadəçilər üçün limitlərdə mühüm dəyişiklik edilib.
[ GEYMPLEY ]
- Personajın çox dar çıxıntılar üzərində dayana bildiyi yerlərdə səthlərin hamarlanması (surface smoothing) tənzimlənib.
[ ANIMGRAPH 2 ]
- “Viewmodel” (oyunçunun gördüyü silah modeli) animasiyalarında xırda düzəlişlər aparılıb.
[ DİGƏR ]
- Personaj modellərindəki bəzi yanlış tekstura təyinatları aradan qaldırılıb.
- “Counter-Strike 2” əşyalarını ehtiva edən mübadilə təklifləri (trade-offers) üçün əşya limiti 100-dən 1000-ə qaldırılıb.