Beş komanda artıq pley-offdadır: VCT 2026 EMEA Stage 1-də son vəziyyət

by Nigar Məmmədova
0 comments

“VCT 2026: EMEA Stage 1” turnirinin qrup mərhələsində dördüncü həftənin oyunları davam edir. Hazırda Londonda keçiriləcək “Masters” turnirinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq pley-off iştirakçılarından beşi artıq bəllidir.

A Qrupu: Liderlər və NAVI-nin çətin sınağı

Bu qrupda FUT EsportsTeam Liquid ilk üçlükdəki yerlərini qarantiləyiblər. Bu nəticə onlara pley-offun yuxarı səbətinin (upper bracket) ilk mərhələsindən başlamaq şansı verir. Lakin hər iki kollektiv qrupu lider kimi bitirib birbaşa yuxarı səbətin yarımfinalına yüksəlmək uğrunda mübarizəni davam etdirir.

Gentle Mates komandası da pley-offdakı yerini təmin edib. Hazırda onlar ən azı ilk dördlükdə qərarlaşacaqlar ki, bu da mübarizəyə aşağı səbətdən (lower bracket) start vermək deməkdir.

NAVI üçün isə vəziyyət kifayət qədər gərgindir. Dörd oyundan cəmi bir qələbə qazanan komanda pley-offa vəsiqə üçün son turda mütləq Karmine Corp-u məğlub etməlidir. Eyni zamanda, son vəsiqə uğrunda vuruşan HereticsKC-nin digər matçlardakı nəticələri də NAVI-nin taleyinə təsir edəcək.

Beş komanda artıq pley-offdadır: VCT 2026 EMEA Stage 1-də son vəziyyət

B Qrupu: İlk “vida” və qalan şanslar

B qrupunda hələlik yalnız iki komanda pley-off biletini əldə edib. Fnatic ilk dördlükdəki yerini qarantiləyərək ən azı aşağı səbətdən mübarizəyə qoşulacaq. Eternal Fire isə mütləq şəkildə ilk üçlükdə yer alacağı üçün pley-offa yuxarı səbətdən start verəcəyini dəqiqləşdirib.

Bu qrupun ən məyusedici xəbəri PCIFIC Esports-dan gəldi. Onlar pley-off şanslarını riyazi olaraq tamamilə itirən ilk komanda oldular. Qalan yerlər üçün isə GIANTX, Team VitalityBBL Esports arasındakı rəqabət bütün sürəti ilə davam edir.

Beş komanda artıq pley-offdadır: VCT 2026 EMEA Stage 1-də son vəziyyət

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın