ESL CS2 turnirlərində üçüncü yer uğrunda matçlar keçirəcək

by Nigar Məmmədova
0 comments

ESL təşkilatçılığı ilə keçirilən bütün Counter-Strike 2 turnirlərində üçüncü yer uğrunda rəsmi matçlar keçiriləcək. Bu dəyişiklik VRS reytinqinə təsir edən bütün yarışlara şamil ediləcək və artıq 2025-ci ildən etibarən qüvvəyə minir.

Yeni format: bürünc üçün real mübarizə

ESL-in rəsmi saytında verilən məlumata görə, üçüncü yer uğrunda matçlar best-of-3 formatında baş tutacaq. Bu o deməkdir ki, komandalar iki qələbə qazanmaq üçün bir-biri ilə qarşılaşacaq və bu görüşlər böyük finaldan əvvəl keçiriləcək.

Mükafat fondu artırılır

Bu dəyişiklik yalnız idman marağı ilə bağlı deyil — üçüncü yeri tutan komandalar maddi baxımdan da daha çox mükafat alacaqlar:

  • Oyunçular üçün əlavə mükafatlar: $7,000–$40,000
  • Təşkilatlar üçün əlavə bonus: $6,000–$10,000
    (Bu məbləğlər turnirin səviyyəsindən asılı olaraq dəyişir.)

Bununla yanaşı, ESL nümayiş oyunu (showmatch) formatını tamamilə ləğv etdiyini də açıqlayıb.

Yeni qayda hansı turnirlərdə tətbiq ediləcək?

Bu dəyişiklik ilk olaraq aşağıdakı turnirlərdə tətbiq olunacaq:

  • ESL Pro League Season 22
  • IEM Chengdu 2025
  • IEM Krakow 2026

Ən yaxın turnir olan EPL Season 22 bu payızda Stokholmda baş tutacaq. Yarışda 24 komanda iştirak edəcək və ümumi mükafat fondu 1 milyon dollar təşkil edəcək. Bu məbləğin 400 min dolları oyunçulara, 600 min dolları isə təşkilatlara veriləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın