“World of Tanks” və “World of Warships” oyunçularına vacib xəbərdarlıq: aktiv olmayan hesablar adlarını itirə bilər

by Nigar Məmmədova
0 comments

“World of Tanks”, “World of Warships” və mobil versiya “Tanks Blitz”in tərtibatçıları oyunçulara mühüm xəbərdarlıqla müraciət ediblər. 16 iyul tarixindən etibarən bir il ərzində oyuna daxil olmayan hesablar avtomatik olaraq adlarını itirəcəklər.

Niyə bu dəyişiklik edilir?

Tərtibatçıların bildirdiyinə görə, bu addım oyun cəmiyyətində aktivliyi qorumaq və unikal istifadəçi adlarını azad etmək məqsədilə atılır. Qeyri-aktiv hesablar texniki ləqəblə əvəzlənəcək. Yeni ad müvəqqəti olacaq və daha sonra pulsuz dəyişmək mümkün olacaq.

Öz adınızı necə qorumaq olar?

Əgər istifadə etdiyiniz hesabın adı sizin üçün vacibdirsə və onu saxlamaq istəyirsinizsə, 15 iyul tarixinədək ən azı bir dəfə oyuna daxil olmalısınız. Bu, həm PC, həm də mobil versiyalar üçün keçərlidir.

Tərtibatçılardan tövsiyə

Rəsmi saytda verilən açıqlamada oyunçulara vaksit itirmədən oyun hesablarına daxil olmağı tövsiyə olunur. Beləliklə, siz ləqəbinizi və profilinizi qoruyub saxlaya biləcəksiniz.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın