“Paramount” və “Warner Bros.” oyun bölmələrini birləşdirir

0 comments

“Paramount” və “Warner Bros.” öz oyun və əyləncə bölmələrini vahid komanda altında birləşdirəcəklər. Yeni istiqamət hər iki şirkətin nəhəng franşizaları üzərində işləyəcək. Bunların arasında “Harry Potter”, “DC”, “Mortal Kombat”, “Star Trek”, “SpongeBob SquarePants” və “Game of Thrones” kimi məşhur brendlər yer alır.

Dəyişikliklər barədə “Skydance” yeni şirkət strukturunun formalaşmasından sonra məlumat verib. Birləşdirilmiş bölməyə “Games and Experiences” üzrə prezident vəzifəsini tutacaq Toni Drikoll rəhbərlik edəcək.

Yeni struktur və daxil olan studiyalar

Yeni struktura bu yaxınlarda yaradılmış “Paramount Games Studio” ilə yanaşı, “Warner Bros. Games”in daxili studiyaları daxil olacaq:

  • “Avalanche Software”
  • “NetherRealm Studios”
  • “Rocksteady Studios”
  • “TT Games”
  • “WB Games Montreal”
  • “WB Games Boston”

Beləliklə, vahid komanda bir çox dünyaca məşhur franşizalar üzrə oyun layihələrinə cavabdeh olacaq. “Paramount” tərəfindən bu siyahıya “Star Trek”, “Mission: Impossible”, “SpongeBob SquarePants”, “South Park”, “Avatar: The Last Airbender” və “The Godfather” daxildir.

“Warner Bros.” isə öz tərəfindən “Harry Potter”, “DC Universe”, “Mortal Kombat”, “The Matrix”, “Rick and Morty” və “Game of Thrones” brendlərini gətirir.

“Skydance” prezidenti Endi Qordon (Andy Gordon) bildirib ki, şirkət kino, televiziya və striminq xidmətləri ilə yanaşı oyunlara, interaktiv əyləncələrə, istehlak məhsullarına və nəşriyyat istiqamətinə də daha fəal sərmayə yatırmağı planlaşdırır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın