G2 Esports “LEC 2026 Spring” turnirinin çempionu oldu

by Nigar Məmmədova
0 comments

G2 Esports kollektivi “League of Legends” üzrə Avropa liqasının yaz mövsümünün (LEC 2026 Spring) Böyük Finalında möhtəşəm qələbə qazanıb. Çempionatın həlledici matçında komanda Karmine Corp ilə qarşılaşıb və gərgin keçən seriyanın yekununda 3:2 hesabı ilə qalib gəlib.

G2 Esports pley-off mərhələsini olduqca inamlı çıxışla tamamlayıb. Komandanın finala qədərki yürüşü belə formalaşıb:

  • Yuxarı torun yarımfinalında Karmine Corp üzərində qələbə (3:1);
  • Yuxarı torun finalında Movistar KOI kollektivinin sıxışdırılması (3:2) və Böyük Finala birbaşa vəsiqə.

“Karmine Corp” (KC) isə turnirin startında G2-yə məğlub olduqdan sonra aşağı torda uzun və çətin bir yol keçməli olub. Onlar ardıcıl olaraq NAVI (3:1), GIANTX (3:0) və Movistar KOI (3:0) komandalarını turnirdən kənarlaşdıraraq Böyük Finalda revanş şansı əldə etsələr də, finalda kuboku əldən veriblər.

LEC 2026 Spring

Beynəlxalq turnirlərə vəsiqələr nağdlaşdırıldı

MSI və EWC 2026 turnirlərində Avropa təmsilçiləri Yaz mövsümünün hər iki Böyük Finalçısı (G2 Esports və Karmine Corp) göstərdikləri nəticəyə görə nüfuzlu 2026 Mid-Season Invitational (MSI) beynəlxalq turnirinə birbaşa vəsiqə qazanıblar.

Bundan əlavə, G2 Esports bu çempionluqla həm də Esports World Cup 2026 (EWC) turnirində iştirak slotuna sahib olub. Lakin G2 bu vəsiqəni daha əvvəl regional seçmə mərhələlər vasitəsilə artıq təmin etdiyi üçün, reqlamentə uyğun olaraq sözügedən əlavə slot turniri üçüncü pillədə başa vuran Movistar KOI komandasına ötürülüb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın