“League of Legends” dünyasının məşhur aparıcısı və strimeri Mark “Caedrel” Lamont şərhçi kreslosunu kartinq sükanı ilə əvəzləyəcək. O, “Formula 1” üzrə dördqat dünya çempionu Maks Ferstappenin 100 rəqibi ötməyə çalışacağı qeyri-adi “Max vs 100” yarışının iştirakçısı kimi təsdiqlənib.
Yarışın formatı və keçiriləcəyi məkan
Yarış sentyabrın 16-da məşhur “Silverstone” trasında baş tutacaq və “Disney+” platformasında canlı yayımlanacaq. Ferstappen 101 kart arasında sonuncu sıradan start götürərək birinci pilləyə yüksəlməyə çalışacaq.
Eyni anda bu qədər kartın mübarizə apara bilməsi üçün xüsusi tras layihələndirilib. Bu layihəni kartinq üzrə dünya çempionu və yarış direktoru Devid Terriyen (David Terrien) hazırlayıb.
Məşhur iştirakçılar və Caedrel-in avtoidman həvəsi
Yarışda Caedrel ilə yanaşı ultra-marafonçu Arda Saatçı, basketbol ustası Kris “Lethal Shooter” Mettus, fristayl-rayder Mett Cons, eləcə də “TheDonato” və “TheGrefg” kimi məşhur strimerlər yer alacaq. 100 iştirakçının tam siyahısı hələlik açıqlanmayıb.
Bu tədbir Caedrel üçün iki böyük maraq sahəsini — kiberidman və avtoidmanı bir araya gətirir. O, “Streamer Awards”da iki dəfə ən yaxşı LoL strimeri seçilib, birgə canlı yayımda eyni vaxtda baxış sayına görə Ginnesin Rekordlar Kitabına düşüb və “Los Ratones” kiberidman klubunu təsis edib. Uzun müddətdir avtoidmanla aktiv maraqlanan kiberidmançı bu dəfə “Formula 1″in superulduzu ilə birbaşa треkdə yarışmaq imkanı əldə edəcək.