Gen.G G2-ni məğlub edərək MSI 2025-də yarımfinala yüksəldi

by Nigar Məmmədova
0 comments

Mid-Season Invitational 2025 turnirinin pley-off mərhələsinə start verildi. İlk qarşılaşma üst qrupda baş tutdu və burada Cənubi Koreya təmsilçisi Gen.G, Avropanın ən güclü kollektivlərindən biri sayılan G2 Esports komandasını 3:1 hesabı ilə məğlub etdi.

Gen.G – gözlənilən qələbə və yarımfinal bileti

Seriyanın best-of-5 formatında keçirilməsi rəqiblərə geniş taktiki imkanlar yaratsa da, Gen.G üstün performans nümayiş etdirərək yarımfinala adladı. Onlar bu mərhələdə Anyone’s Legend və FlyQuest cütlüyünün qalibi ilə üz-üzə gələcəklər.

Yarımfinal oyunu 5 iyul tarixində, Bakı vaxtı ilə saat 04:00-da baş tutacaq.

G2 üçün ikinci şans – aşağı qrupda mübarizə davam edir

Məğlub olmasına baxmayaraq, G2 yarışda qalmaq imkanını qoruyur. Onlar AL vs FlyQuest duelinin məğlub komandası ilə qarşılaşacaq. Bu görüş 5 iyulda saat 00:00-da keçiriləcək.

Növbəti oyun sabah baş tutacaq

Turnirin növbəti qarşılaşması 3 iyul tarixində baş tutacaq. Bu dəfə Anyone’s Legend və FlyQuest klubları meydana çıxacaq. Görüş Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

Turnir haqqında

MSI 2025 turniri 27 iyun – 12 iyul tarixləri arasında Kanadanın Vankuver şəhərində yerləşən Pacific Coliseum arenasında keçirilir. Turnirin ümumi mükafat fondu 2 milyon ABŞ dollarıdır. Qalib komanda birbaşa olaraq Worlds 2025 mundialına vəsiqə qazanacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın