Jurnalistlərə artıq GTA 6 oynamaq imkanı verilib – “Insider Gaming”dən şayiə

0 comments

“Rockstar Games” oyun mətbuatının nümayəndələri üçün “Grand Theft Auto VI“nın qapalı nümayişlərinə başlayıb. Bu barədə öz mənbələrinə istinadən “Insider Gaming” nəşrinin jurnalisti Tom Henderson məlumat verib.

Məlumata görə, jurnalistlər və icmalçılar ilk prevyuları hazırlamaq üçün oyuna erkən giriş əldə etmiş ola bilərlər. Materialların dərc edilməsinin “Netflix”də planlaşdırılan “Grand Theft Auto VI: An Extended Look” şousunun premyerasına vaxtlaşdırılacağı bildirilir. 27 avqust 2026-cı il tarixinə nəzərdə tutulan bu təqdimat yeni marketinq kampaniyasının startı ola bilər. “Rockstar” artıq rəsmi saytında “Extended Look” layihəsini həmin tarixə elan edib.

Bu məlumatla demək olar ki, eyni vaxtda sosial şəbəkələrdə və forumlarda “GTA 6″ya aid olduğu iddia edilən geympley kadrları yayılıb. Materialları paylaşanlar onların böyük bir sızma nəticəsində şəbəkəyə düşdüyünü iddia edirlər. “Insider Gaming” bu videoların mətbuat nümayişi ilə əlaqəsini təsdiqləyə bilməyib və kadrların böyük ehtimalla 2022–2023-cü illərə aid köhnə versiya olduğunu ehtimal edir.

Təsdiqlənməmiş versiyalara əsasən, sızmanı edənlər materialları oyunun fiziki disk olmadan, yalnız rəqəmsal versiyada buraxılmasına etiraz olaraq paylaşıblar. Digər iddialara görə isə məsələdə işdən çıxarılan əməkdaşların əli ola bilər. Sızmanın müəllifi özü 2026-cı il avqustun 20-nə keçən gecə yeni videolar dərc edəcəyini bildirib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın