“Natus Vincere” oyunçusu Justinas “jL” Lekaviçus evləndi. Gəlin — tanınmış CS2 strimeri Kamil3e
Tanınmış “Natus Vincere” (NAVI) komandasında “Counter-Strike 2” üzrə çıxış edən litvalı kiberidmançı Justinas “jL” Lekaviçus ailə həyatı qurdu. O, uzun illərdir birlikdə olduğu sevilisi — Kamil3e ilə ailə qurdu. Cütlük bu sevincli hadisəni sosial şəbəkələrdə paylaşdı.
Yarım il əvvəl təklif, bu gün nikah
Lekaviçus nişan təklifini 2023-cü ilin yeni il gecəsində etmişdi. Uzunmüddətli münasibətləri daha sonra ailə qurmaqla nəticələndi. Strimer Kamil3e jL-in yanında həm real həyatda, həm də turnirlərdə daim dəstək olub.
Gəlin də CS fanatıdır
Yeni gəlin Kamil3e də Counter-Strike həvəskarıdır. FACEIT platformasında 2000 saatdan çox oyun təcrübəsi olan strimer daha əvvəl Twitch-də canlı yayımlar aparıb və eyni zamanda jL-ə böyük turnirlərdə yoldaşlıq edib.
Cütlüyün sosial mediada paylaşdığı toy fotoları pərəstişkarlar arasında böyük maraqla qarşılanıb. Toyun dəqiq yeri və formatı açıqlanmasa da, görüntülərdən mərasimin səmimi və müasir ab-havada keçdiyi görünür.
NAVI ailəsinə təbriklər gəlir
NAVI-nin rəsmi hesabları hələ ki cütlüyün nikahı ilə bağlı paylaşım etməyib, lakin bir sıra tanınmış kiberidmançılar və azarkeşlər artıq təbriklərini çatdırıblar.
Justinas “jL” Lekaviçus son zamanlar CS2 üzrə NAVI heyətində sabit oyun nümayiş etdirir və dünyanın ən perspektivli riflerlərindən biri hesab olunur.