Epic Games məhkəmədə qalib gəldi: Fortnite turnirlərində fırıldaq işlədən oyunçuya 175 min dollar cərimə

by Nigar Məmmədova
0 comments

839 turnirdə qeyri-qanuni proqram təminatından istifadə edən oyunçu ağır cəzalandırıldı

Epic Games şirkəti Fortnite üzrə keçirilən turnirlərdə fırıldaqçı proqram təminatından istifadə edən oyunçuya qarşı başladığı məhkəmə prosesində qalib gəldiyini elan edib. Bu barədə məlumat şirkətin sosial şəbəkə platforması X (keçmiş Twitter) hesabında paylaşılıb.

Qaydaları pozdu, 6850 dollar qazandı

İstintaq nəticəsində məlum olub ki, Sebastian Araudjo adlı oyunçu ötən ilin beş ayı ərzində tam 839 regional turnirdə iştirak edib. Bu müddətdə o, anticheat sistemindən yayınmaq üçün xüsusi cihazdan istifadə edərək ümumilikdə 6850 dollar mükafat əldə edib.

Epic Games ədaləti bərpa etdi

Fırıldaqçılıq faktını aşkarlayan Epic Games məhkəməyə müraciət edərək, hər turnir üçün 200 dollar məbləğində kompensasiya və hüquqi xərclərin ödənilməsini tələb edib.

Məhkəmə Araudjo-nu təqsirli hesab edərək onu 175 min dollar məbləğində cərimə ödəməyə məcbur edib.

Epic Games: bu ilk deyil

Bu, Epic Games şirkətinin fırıldaqçılara qarşı apardığı ilk hüquqi mübarizə deyil. Bir neçə ay əvvəl oxşar hadisədə keçmiş kiberidmançı müsabiqələrdən qazandığı pulları geri qaytarmış və YouTube-da ictimai üzrxahlıq videosu paylaşmışdı.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın