“Parken Challenger Championship” turnirlərinin təşkilatçıları müflis oldu

by Nigar Məmmədova
0 comments

CS2 üzrə “Parken Challenger Championship” turnirlər seriyasının təşkilatçısı olan “New Breed Agency ApS” şirkəti rəsmən müflisləşmə prosesinə başladığını elan edib. Müvafiq məlumat turnir operatorunun rəsmi sosial şəbəkə hesablarında yayımlanıb.

Şirkətin rəsmi bəyanatında qeyd olunur ki, son bir neçə ay ərzində rəhbərlik əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi və alternativ çıxış yollarının tapılması istiqamətində intensiv iş aparıb. Lakin bütün cəhdlərə baxmayaraq, problemi həll edəcək uğurlu bir nəticə əldə olunmayıb. Mövcud vəziyyətlə əlaqədar olaraq fəaliyyətini davam etdirə və gələcək öhdəliklərini yerinə yetirə bilмяyən şirkət, məcburi şəkildə müflisləşmə proseduruna start verməli olub.

Turnirlər ləğv edildi, borclar yığılıb qaldı

Yaranmış maliyyə böhranı səbəbindən seriyanın planlaşdırılan 9-16-cı turnirləri, eləcə də mövsümün həlledici final mərhələsi olan “Parken Stadium Master Finals” rəsmən ləğv edilib.

Bununla yanaşı, təşkilatçıların keçmiş çempionatlarda iştirak etmiş bir sıra komandaların qazandıqları mükafat pullarını hələ də ödəmədiyi məlum olub.

Mükafatlar və təzminatlar necə ödəniləcək? Ödənilməmiş mükafat fondları, təzminat tələbləri və yığılıb qalmış digər borclarla bağlı bütün məsələlər müflisləşmə haqqında qanunvericiliyə uyğun olaraq, təyin ediləcək iflas idarəçisinin nəzarətinə veriləcək. Bu xoşagəlməz maliyyə krizisindən zərər çəkənlər arasında komandalar, oyunçular, biznes tərəfdaşları və turnirin texniki heyəti var.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın