Rainbow Six üzrə Europe MENA League 2026-nın İlk Mərhələsi Başa Çatdı: Esports World Cup İştirakçıları Müəyyənləşdi

by Nigar Məmmədova
0 comments

Rainbow Six növü üzrə “Europe MENA League 2026 – Stage 1” yarışları başa çatıb. Liqanın ilk mərhələsinin nəticələrinə əsasən, komandalar mükafat fondunu bölüşdürüb, qlobal reytinqdə ilk xallarını qazanıb və növbəti dünya çempionatı olan “Esports World Cup 2026”-da regionu təmsil edəcək dörd komandanı müəyyənləşdiriblər.

İlk mərhələnin nəticələrinə görə, Team Falcons Avropa və MENA çempionu olub. Ümumilikdə liqanın ən güclü dörd kollektivi EWC 2026-da regionu təmsil etmək hüququ qazanıb:

  • 1-ci yer: Team Falcons — 25 000 dollar və 420 SI xalı;
  • 2-ci yer: Virtus.pro — 22 000 dollar və 300 SI xalı;
  • 3-cü yer: Geekay Esports — 19 000 dollar və 250 SI xalı;
  • 4-cü yer: Fnatic — 16 000 dollar və 200 SI xalı.

5-ci yerlə 10-cu yer aralığında qərarlaşan komandalar “Esports World Cup”-a vəsiqə qazana bilməsələr də, pul mükafatları və reytinq xalları əldə ediblər.

Rainbow Six üzrə Europe MENA League 2026-nın İlk Mərhələsi Başa Çatdı: Esports World Cup İştirakçıları Müəyyənləşdi

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın