Madrid “Real”ının qapıçısı Tibo Kurtua və ispan sahibkar Qonsalo Vilo “CS2” üzrə məşhur kiberidman təşkilatı “Astralis“in sahibi olan “Fusion Esports Group” şirkətinin investorları olublar.
Sərmayə Kurtua və Vilonun həmtəsisçisi və idarəçi tərəfdaşı olduqları Madridin “NXTPLAY Capital” şirkəti vasitəsilə həyata keçirilib.
“NXTPLAY” idman, media və texnologiyaların kəsişməsində olan layihələr üzrə ixtisaslaşır. Bununla da “Astralis” Fransanın “Le-Man”, İspaniyanın “Ekstremadura” və Belçikanın “Qenk” kimi futbol klubları ilə yanaşı, şirkətin investisiya portfelinə daxil edilib.