Rəsmən: “XSE Pro League 2026” turnirinin bütün iştirakçıları bəlli oldu

by Nigar Məmmədova
0 comments

“Cologne Major” turnirinin başa çatmasından bir həftə sonra Çinin Quançjou şəhərində start götürəcək XSE Pro League yarışının bütün iştirakçıları müəyyənləşib. Turnirə birbaşa dəvət alan sonuncu kollektiv Amerikanın M80 komandası olub.

Yarışın startından öncə turnir cədvəlində mühüm dəyişiklik baş verib. SINNERS kollektivi turnirdə MOUZ komandasını əvəz edəcək. Buna səbəb “MOUZ”-un turnir üçün tam heyət formalaşdıra bilməməsidir.

Belə ki, “NAVI” klubundan icarəyə götürülmüş oyunçu Yustinas “jL” Lekaviçyus komandanı tərk edib. Meycor (Major) yarışında onun yerini Lüdviq “Brollan” Brolin tutacaq, Yustinas isə “NAVI”nin ehtiyat oyunçusu statusuna geri dönəcək.

XSE Pro League 2026
XSE Pro League 2026

Turnirin təqvimi və unikal mükafat fondu

Çempionat 1-12 iyul tarixlərində Çinin Quançjou şəhərində keçiriləcək və orada ümumilikdə 16 komanda mübarizə aparacaq.

Mükafat fondunun bölünməsi: “XSE Pro League 2026” turnirinin ümumi mükafat fondu 1 000 000 dollar ($1 000 000) təşkil edir. Bu məbləğ fərqli formatda — yarıbölmə şəklində paylanacaq:

  • $500 000 — birbaşa oyunçulara ödəniş;
  • $500 000 — klubların hesabına ödəniş.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın