Rəsmi: Əfsanəvi “Cobblestone” xəritəsi “Counter-Strike”a qayıtdı

0 comments 1 views

“Valve” şirkəti “Counter-Strike 2” üçün yeni yeniləməni istifadəyə verib. Yeniləmə çərçivəsində oyuna tamamilə yenidən işlənmiş əfsanəvi “Cobblestone” xəritəsi qaytarılıb və qarşıdan gələn “PGL Major Singapore 2026” turnirinə həsr olunmuş oyun içi əşyalar əlavə edilib.

Yenilənmiş “Cobblestone” xəritəsi artıq “Adi” (Casual), “Rəqabətli” (Competitive), “Ortaqlar” (Wingman), “Ələkeçirmə” (Retakes) və “Ölüm döyüşü” (Deathmatch) rejimlərində oyunçular üçün əlçatandır. Xəritə klassik və tanış məkanlarını qoruyub saxlasa da, bəzi hissələrində əsaslı struktur dəyişiklikləri aparılıb. Bundan əlavə, yenilənmiş xəritəyə qar əlavə olunub.

“PGL Major Singapore 2026” mərkəzi və stiker sistemində dəyişikliklər

Relizlə birlikdə tərtibatçılar qarşıdakı “Major” turnirinin stiker sistemində edilən dəyişikliklər barədə də məlumat veriblər. Bu qərar Kölndə keçirilən əvvəlki turnirin stiker satışlarının dinamik qiymətqoyma mexanizmi səbəbindən zərər görməsindən sonra qəbul edilib.

Eyni zamanda, oyunda “PGL Singapore 2026 Major Hub” bölməsi istifadəyə verilib. Oyunçular artıq “Viewer Pass” əldə edə, turnir sikkəsini qazana və ilin əsas çempionatı üzrə proqnozlar verərək onun səviyyəsini yüksəldə bilərlər.

Yeniləmədəki digər yeniliklər və düzəlişlər

“Valve” oyun prosesini təkmilləşdirmək məqsədilə yeniləməyə bir sıra əlavə funksiyalar və texniki düzəlişlər də daxil edib:

  • “Monstercat” leyblından səkkiz yeni musiqi dəsti (Music Kit);
  • Oyun içi mağazada musiqi dəstlərinə baxarkən MVP himninin öncədən dinlənilməsi funksiyası;
  • Nişanalma zamanı yaranan animasiya xətalarının aradan qaldırılması;
  • “Retakes” rejimində bombanı zərərsizləşdirmə dəstləri ilə bağlı səhvlərin düzəldilməsi.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın