Riot Games “VALORANT Champions 2026” üçün məhdud sayda olan “Frag or Die” dəstini təqdim etdi

0 comments

24 sentyabr 2026-cı ildə start götürən “Champions Shanghai” turniri ərəfəsində “VALORANT” oyununda yeni eksklüziv “Frag or Die” kolleksiyası işıq üzü görəcək. Dəstin sentyabrın 22–23 tarixlərində oyundaxili mağazada satışa çıxarılması gözlənilir. Kolleksiya yalnız turnir müddətində əlçatan olacaq və yarış başa çatdıqdan sonra nə adi mağazaya, nə də “Gecə Bazarı”na (Night Market) bir daha qaytarılmayacaq.

Bütün dəstin təxmini qiymətinin 6 100–6 600 VP (təxminən 65–70 dollar) olacağı gözlənilir, lakin “Riot Games” yekun qiymətləri hələ rəsmən təsdiqləməyib.

“Champions 2026 Phantom” və ənənəvi yelpazə formalı bıçaq

Dəstin əsas elementi matçdakı tərəfdən asılı olaraq vizual dizaynını tənzimləyən unikal Champions 2026 Phantom silahıdır:

  • Müdafiə tərəfi (Defense): Mirvari-ağ əsas, krem və qızılı detallar, eləcə də qızılı Çempion Aurası (Champion’s Aura).
  • Hücum tərəfi (Attack): “Qara oniks” dizaynı, qızılı və qırmızı vurğular, eləcə də qırmızı Çempion Aurası.

Silah liderlik cədvəlində birinci yerə çıxdıqda aktivləşən Çempion Aurası, xüsusi öldürmə effektləri, unikal animasiyalar, səs müşayiəti və fərqli sonluq effekti (finisher) ilə təchiz olunub.

İkinci əsas əşya isə ənənəvi Çin qatlanan yelpazəsi motivləri əsasında yaradılmış Champions 2026 yaxın döyüş silahıdır. Döyüş zamanı bu silah qatlanan yelpazədən tərs tutuşlu bıçağa (reverse-grip knife) çevrilir. Yelpazənin dizaynı da tərəflərdən asılı olaraq dəyişir: müdafiə üçün ağ-qızılı, hücum üçün isə qırmızı elementlərlə qara-qızılı tərtibat.

Dinamik sonluq effekti (Finisher)

“Frag or Die” kolleksiyası iki personajın döyüşünü əks etdirən tematik sonluq effektinə sahibdir:

  • Müdafiə tərəfində oynayarkən: Ağ-qızılı əjdaha ilə Sage.
  • Hücum tərəfində oynayarkən: Qara-qırmızı ilan ilə Viper.

Kolleksiyanı “VALORANT” oyununun daxili mağazasında VP xalları ilə əldə etmək mümkün olacaq. Oyunçular balansı birbaşa oyun klienti vasitəsilə və ya kənar ödəniş platformaları ilə artıra bilərlər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın