Aprelin 21-də League of Legends üzrə nüfuzlu EMEA Masters 2026 Winter turnirinə yekun vurulub. Böyük finalda Solary və Galions kollektivləri üz-üzə gəliblər.
Çempionluq uğrunda mübarizə kifayət qədər bir tərəfli keçib. “Solary” rəqibinə heç bir şans tanımayaraq 3:0 hesabı ilə inamlı qələbə qazanıb və yarışın çempionu adını qazanıb.
Esports World Cup yolunda mühüm addım
Finala yüksəlmək hər iki komanda üçün həm də Esports World Cup (EWC) 2026-nın Avropa seçmə mərhələsinə vəsiqə demək idi. Bu seçmə mərhələdə Regional Liqaların (ERL) ən yaxşıları ilə yanaşı, LEC-in (League of Legends EMEA Championship) bütün 10 komandası da iştirak edəcək.
Püşkatmanın nəticələrinə əsasən, “Solary” seçmə mərhələdəki ilk oyununu Team Vitality-yə qarşı keçirəcək. “Galions” kollektivinin ilk rəqibi isə Natus Vincere (NAVI) olacaq.

Turnir detalları
- EMEA Masters 2026 Winter: 9 mart – 21 aprel tarixlərində onlayn formatda keçirilib.
- EWC EMEA Qualifier: 28 aprel – 15 may tarixlərində onlayn baş tutacaq. Bu seçmə mərhələdə ilk iki yeri tutan komandalar Səudiyyə Ərəbistanında keçiriləcək “Esports World Cup 2026″da iştirak hüququ qazanacaqlar.