Blizzard-dan qeyri-adi addım: “Diablo IV” strimerlərinə dəfn urnası hədiyyə edildi

by Nigar Məmmədova
0 comments

“Blizzard” şirkəti “Diablo IV” üçün gözlənilən “Lord of Hatred” əlavəsinin (DLC) çıxışı ərəfəsində kontent yaradıcılarına eksklüziv hədiyyə dəstləri göndərməyə başlayıb. Məşhur strimer DatModz keçirdiyi canlı yayım zamanı bu maraqlı paketin içindəkiləri izləyicilərinə nümayiş etdirib.

Tərtibatçılar hədiyyə seçimində kifayət qədər yaradıcı və oyunun atmosferinə uyğun yanaşma sərgiləyiblər. Belə ki, göndərilən bağlamada ən çox diqqət çəkən əşya üzərində strimerin istifadəçi adının (nickname) həkk olunduğu xüsusi dəfn urnası olub.

Hədiyyə dəstinin içindəkilər:

  • Strimerın niki qeyd olunmuş dəfn urnası;
  • Şüşə qabda qurudulmuş qızılgül və üzərində “Qan açardır” (Blood is the key) yazısı;
  • Strimerın personajının ölüm anını əks etdirən animasiyalı açıqca;
  • Əlavənin maksimum (Ultimate) versiyası üçün rəqəmsal kod;
  • Aprelin 23-də tərtibatçıların iştirakı ilə keçiriləcək canlı yayımı izləmək üçün dəvətnamə.
Lord of Hatred

“Diablo IV” üçün “Lord of Hatred” əlavəsi rəsmən aprelin 28-də işıq üzü görəcək. Bu böyük yenilənmə oyuna iki yeni personaj sinfi əlavə etməklə yanaşı, geympley və ümumi məzmun tərəfində də ciddi dəyişikliklər gətirəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın