“Spirit” “Esports World Cup 2026″nın çempionu oldu

0 comments

“Spirit” böyük finalda “FUT” komandasını 3:1 (10:13 Cache, 16:13 Anubis, 16:14 Ancient, 13:5 Nuke) hesabı ilə məğlub edərək “Esports World Cup 2026“nın çempionu olub. Avqustun 23-də keçirilən “best-of-five” (beş xəritəlik) formatındakı matçın nəticəsində komanda 600 000 dollar mükafat pulu və 1 000 klub xalı (Club Points) qazanıb.

donk finalın ən yaxşı oyunçusu seçildi

Həlledici matçın əsas ulduzu Danil “donk” Krışkovets olub. “Spirit”in oyunçusu turnirdəki ən yaxşı performanslarından birini nümayiş etdirərək komandasının çempionluq titulu qazanmasında mühüm rol oynayıb.

FUT-un nəticələri

OyunçuÖÖLA+/-OU
dem0n776617+1183
dziugss697119-274
Krabeni667718-1176
xfl0ud627829-1676
cmtry506520-1550
Cəmi324357103-33358

Spirit-in nəticələri

OyunçuÖÖLA+/-OU
donk (MVP)887020+1894
zont1x676527+281
sh1ro645211+1263
tN1R767216+477
magixx616936-870
Cəmi356328110+28384

Mükafat fondunun bölgüsü və turnir haqqında

Turnirin ümumi mükafat fondu 2 milyon dollar təşkil edib. İlk 8 yerin bölgüsü aşağıdakı kimidir:

  • 1-ci yer — Spirit — $600 000 + 1 000 Klub Xalı
  • 2-ci yer — FUT — $340 000 + 750 Klub Xalı
  • 3-cü yer — Legacy — $190 000 + 500 Klub Xalı
  • 4-cü yer — FURIA — $110 000 + 300 Klub Xalı
  • 5–8-ci yerlər — G2, MOUZ, Falcons, Vitality — hərəsinə $60 000 + 200 Klub Xalı

“Counter-Strike 2” üzrə turnir 12–23 avqust 2026-cı il tarixlərində Fransanın Paris şəhərində keçirilib. Ümumilikdə 32 komanda 2 milyon dollarlıq mükafat fondu uğrunda mübarizə aparıb. Pley-off mərhələsi Parisdə baş tutub, böyük final isə “Accor Arena” səhnəsində keçirilib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın