5 milyondan çox abunəçi auditoriyasına sahib fransalı YouTube bloqeri CYRILmp4 “3DMAX” kiberidman təşkilatının satın alınması ilə bağlı danışıqları dayandırıb.
Pozulmuş sövdələşmə və böyük borclar
Fransalı kiberidman insayderi Sebastyen “KRL” Peresin verdiyi məlumata görə, tərəflər bir neçə ay ərzində müqaviləni müzakirə edib və hətta ilkin razılaşma da imzalayıblar. Lakin CYRILmp4 danışıqlardan rəsmən çəkildiyini elan edib.
Bunun əsas səbəblərindən biri təşkilatın maliyyə problemləri ola bilər. KRL-in bildirdiyinə görə, “3DMAX” klubunun oyunçulara, əməkdaşlara və digər tərəflərə hələ də təxminən 1,5 milyon avro borcu var.
Dələduzluq zərbəsi
Xatırladaq ki, 2026-cı ilin əvvəlində klubun keçmiş tərəfdaşının fırıldaqları ucbatından təxminən 1 milyon avro itirdiyi bəlli olmuşdu. Bu hadisə təşkilatın maliyyə vəziyyətinə vurulan növbəti ciddi zərbə olmuşdu.