Cənubi Koreyanın Shift Up studiyası 2024-cü ilin ən uğurlu aksiyon oyunlarından biri sayılan Stellar Blade layihəsinin davamı üzərində işlədiyini rəsmi şəkildə təsdiqləyib. Bu barədə məlumat studiyanın son investor təqdimatında açıqlanıb.
Səssiz başlanğıc – səsli planlar
Təqdimatda bildirilib ki, PC versiyasının buraxılmasından sonra növbəti mərhələ Stellar Blade 2 oyununun inkişafı olacaq. Studiyanın hesabatında açıq şəkildə qeyd olunur:
“Stellar Blade 2 2027-ci ildən əvvəl satışa çıxarılacaq.“
Project Witches-dən əvvəl
Shift Up bu sətirlərlə həm də təsdiqləyib ki, ssenari baxımından mistik-fentezi istiqamətində inkişaf etdirilən Project Witches adlı başqa layihədən əvvəl Stellar Blade 2 təqdim olunacaq.
Detallar hələ açıqlanmayıb
Hazırda oyun barədə əlavə məlumatlar – nə süjet, nə qəhrəmanlar, nə də mexanika – açıqlanmır. Lakin ilk oyun uğurlu satışları və parlaq vizual tərtibatı ilə yadda qaldığı üçün səs-küylü qayıdış gözlənilir.
PC oyunçuları üçün fürsət
Qeyd edək ki, Stellar Blade-in ilk hissəsi PC üçün 11 iyun 2025-ci ildə istifadəyə veriləcək. Bu, ssenariyə və mexanikaya yenidən baxmaq istəyənlər üçün yaxşı fürsət olacaq.