Team Falcons IEM Katowice 2025-dən ilk ələnən komanda oldu

by Nigar Məmmədova
0 comments

Team Falcons, G2 Esports-a məğlub olaraq IEM Katowice 2025 turnirindən ilk ayrılan komanda oldu.

Counter-Strike 2 üzrə keçirilən IEM Katowice 2025-in A qrupunun aşağı setkasında matçlar davam edir. Fevralın 2-də baş tutan qarşılaşmada Team Falcons, G2 Esports-a 1:2 hesabı ilə uduzub və turniri tərk edib.

Matçın yekun nəticələri:
🔹 Ancient – 13:9 (Team Falcons-un qələbəsi)
🔹 Dust2 – 7:13 (G2 Esports-un qələbəsi)
🔹 Mirage – 13:11 (G2 Esports-un qələbəsi)

Nikola “NiKo” Kovaçın komandası turniri 13-16-cı yerlərdə tamamlayıb və $10 min qazanc əldə edib. Qələbə qazanan G2 Esports isə yarışda yoluna davam edir və fevralın 3-də Moskva vaxtı ilə saat 18:30-da növbəti eliminasiya matçına çıxacaq.

IEM Katowice 2025 29 yanvar – 9 fevral tarixlərində keçirilir və komandalar 1 milyon dollarlıq mükafat fondu uğrunda mübarizə aparır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın