“Team Falcons” Parisdə keçirilən “Esports World Cup 2026” çərçivəsində “Rocket League” turnirinin qalibi olub. Böyük finalda “Spacestation Gaming” komandasına üstün gələn kollektiv çempionluq tituluna və 400 000 dollar məbləğində mükafata yiyələnib.
Çempionluq yolunda “Falcons” EWC-nin sonuncu qalibi “Karmine Corp”u mübarizədən kənarlaşdırıb. 2025-ci ilin çempionu olan Fransa təmsilçisi tunc medal uğrunda matçda “Ninjas in Pyjamas eStar”a 0:3 hesabı ilə uduzaraq yarışı 4-cü pillədə başa vurub.
Turnirin Əsas Yekunları:
- 1-ci yer: Team Falcons — $400 000
- 2-ci yer: Spacestation Gaming
- 3-cü yer: Ninjas in Pyjamas eStar — $100 000
- 4-cü yer: Karmine Corp
Eynizamanda, EWC 2026 çərçivəsində CS2 üzrə turnir də davam edir. 2 000 000 dollar mükafat fondlu bu çempionatın pley-off mərhələsi avqustun 19-da start götürəcək.