Thorin Çindəki CS2 turnirinin favoritini açıqladı: “Falcons çempion olacaq”

by Nigar Məmmədova
0 comments

Britaniyalı tanınmış kiberidman jurnalisti və analitiki Dunkan “Thorin” Şilds öz YouTube kanalında Şanxayda keçirilən “CS Asia Championships 2026” (CAC 2026) turniri barədə gözləntilərini bölüşüb. Analitik turnirin əsas favoriti kimi “Falcons” komandasını gördüyünü bəyan edib.

Thorin digər rəqiblərin şanslarını dəyərləndirərkən olduqca kəskin fikirlər səsləndirib:

“Düşünürəm ki, Falcons bu turnirin qalibi olacaq. Demək istəyirəm ki, onlar finala yüksəlsələr, onları kim məğlub edə bilər? ‘Best-of-5’ (Bo5) formatında kim onlara qalib gələr?

MOUZ, şübhəsiz ki, maraqlı variant olardı, çünki onlar özləri də hələ tam hazır deyillər və heyətlərində müvəqqəti olaraq jL (Yustinas Lekaviçyus) çıxış edir. O, Meycordan (Major) əvvəl komandanı tərk edəcək, bu onun son turniridir. Yenə də düşünürəm ki, Falcons onları məğlub edəcək.

The MongolZ fərdi atəş gücü (firepower) fərqinə baxmayaraq, bəlkə də onları üstələyə bilər. Amma söhbət Bo5 seriyasından gedirsə, onların Falcons-a qalib gələcəyinə inanmıram. Liquid isə heç finala qədər gəlib çıxa bilməyəcək. Legacy-nin də Bo5 formatında şansı yoxdur, bəlkə turnirin erkən mərhələlərində kiçik bir sürpriz edə bilərlər.

NiP bəlkə də turnirin gizli favoriti (dark horse) ola bilər. Pley-offa yüksəlib bəzi xəritələri qoparmaq potensialları var. MIBR, yəqin ki, heç nə edə bilməyəcək. BC.Game, M80 və NRG-nin isə bu turnir üçün heç bir əhəmiyyəti yoxdur.”

Turnir haqqında məlumat: “CS Asia Championships 2026” turniri 20-24 may 2026-cı il tarixlərində Çinin Şanxay şəhərində keçirilir. 16 komandanın iştirak etdiyi yarışın ümumi mükafat fondu 1,000,000$ təşkil edir. Bu məbləğin 400,000 dolları birbaşa oyunçulara, 600,000 dolları isə kiberidman klublarına (təşkilatlara) ödəniləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın