“VALORANT Masters London 2026”-nın bütün pley-off iştirakçıları bəlli oldu

by Nigar Məmmədova
0 comments

VALORANT Masters London 2026” turnirində İsveçrə sistemi mərhələsi (Swiss Stage) başa çatıb və mübarizəni pley-off mərhələsində davam etdirəcək son dörd komandanın adı rəsmən müəyyənləşib.

Bu mərhələni heç bir məğlubiyyət almadan (mütləq qələbə ilə) tamamlayan Leviatán və Team Vitality pley-offa çox rahat vəsiqə qazanıblar. Aktivlərinə iki qələbə və bir məğlubiyyət yazdıran FUT Esports və XLG Esports kollektivləri də çətinliklə də olsa adlarını pley-off mərhələsinə yazdırmağı bacarıblar.

Pley-off mərhələsində bu 4 komandaya turnirin reqlamentinə əsasən ilk mərhələni buraxan regional liqaların çempionları — G2 Esports, EDward Gaming, Paper RexTeam Heretics qoşulacaqlar.

Dörddəbir final (Quarter-finals) matçlarının təqvimi

12 iyun

  • Paper Rex — Leviatán
  • Team Heretics — Team Vitality

13 iyun

  • EDward Gaming — FUT Esports
  • G2 Esports — XLG Esports
VALORANT Masters London 2026

Turnir barədə qısa arayış: “VALORANT Masters London 2026” çempionatı 6-21 iyun tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilir. Dünyanın ən güclü komandaları turnirin 1 milyon dollar ($1 000 000) məbləğində olan nəhəng mükafat fondu və vacib VCT xalları uğrunda mübarizə aparır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın